Yuxarı

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib

​Azərbaycan Premyer Liqasında XVIII tura start verilib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Qəbələ" və "Keşlə" komandaları qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qolsuz bərabərliklə yekunlaşıb. Sönük keçən qarşılaşmada tərəflər təhlükəli vəziyyətlər yaratmaqda belə çətinlik çəkiblər. Azsaylı imkanlar isə nəticəsiz qalıb.

Bu nəticədən sonra "Qəbələ" xallarını 24-ə çatdırsa da, 4-cü pillədə qalıb. Xallarını 16-ya yüksəldən "Keşlə" isə yenə 6-cıdır.

Qeyd edək ki, günün növbəti matçında "Sabah" və "Qarabağ" komandaları "Əlincə Arena"da üz-üzə gələcəklər. Görüş saat 16:30-da başlanacaq. Tura fevralın 24-də keçiriləcək "Neftçi" - "Səbail" və "Sumqayıt" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi