Bakı. 5 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunları üçün hakim təyinatları müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun açılış matçı hesab olunan "Sabah" - "Qəbələ" oyununu Səbuhi Bayramov idarə edəcək. "Neftçi" - "Keşlə" görüşü isə İnqilab Məmmədova tapşırılıb.
9 fevral (şənbə)
16:00 “Sabah” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Əlincə Arena”
18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabbarov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”
10 fevral (bazar)
14:00. “Neftçi” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”
16:30. “Səbail” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bayıl Arena”
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.