Azərbaycan millisinin qapıçısı: "Əlimizdən gələn bu idi"
Futbol
- 10 sentyabr, 2019
- 19:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"İstəkli idik. Çalışdıq, əlimizdən gələn bu idi. İstəyimiz alınmadı".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın U-21 millisinin qapıçısı Kamran İbrahimov Gürcüstana uduzduqları (0:3) AVRO-2021-in seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Qarşılaşmada xəsarət alaraq meydanı tərk edən 20 yaşlı qolkiper zədəsinin ciddi olmadığını vurğulayıb: "Oyun vaxtı isti-isti idi. Barmağımı tərpədə bilmirdim. Komandaya kömək edə bilməyəcəyim üçün əvəzləndim".
İbrahimov komanda yoldaşı Hacıağa Hacılının haqsız yerə meydandan qovulduğunu söyləyib: "Onun aldığı birinci sarı vərəqə düzgün deyildi. Hakim hər qayda pozuntusuna sarı vərəqə verirdi. Qırmızı vərəqənin matça yetərincə təsiri oldu".
Son xəbərlər
13:19
Livanın xarici işlər naziri İranı regionda sabitliyi pozmaqda günahlandırıb
Digər ölkələr
13:08
FT: Aİ yeni büdcənin maliyyələşdirilməsi üçün borcların ödənilməsini təxirə sala bilər
Digər ölkələr
12:40
Əfqanıstanda məktəb yaxınlığında baş verən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb
Digər ölkələr
12:25
Foto
Azərbaycanın iki taekvondoçusu yeniyetmələr arasında Avropa birinciliyində bürünc medal qazanıb
Fərdi
12:23
Hava proqnozu: Bakı və Abşeron yarımadasına yağış, dağlıq ərazilərə qar yağacaq
Ekologiya
12:00
Pakistan Səudiyyə Ərəbistanına hərbçi göndərib
Digər ölkələr
11:41
Zelenski cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib
Digər ölkələr
11:36
Tolyattidə PUA hücumundan sonra sənaye müəssisəsində yanğın başlayıb
Region
11:23
Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub
Ekologiya