Azərbaycan millisinin futzalçısı Rusiya klubu ilə müqavilə bağlayıb
Futbol
- 22 avqust, 2018
- 19:32
Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futzalçısı Tyaqo Telez Bolinya karyerasını Rusiyada davam etdirəcək.
"Report" xəbər verir ki, Bolinya “Norilsk Nikel” klubu ilə anlaşıb.
Son iki mövsümü “Araz”da keçirən hücumçu yeni klubu il bir illik müqavilə imzalayıb.
Bolinya 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilir. O, son iki mövsümdə həm də “Araz”ın formasını geyinib. Hücumçu 2017/2018 mövsümündə 34 qol vurub və Yüksək Liqanın bombardiri olub. Mayda “Araz”la anlaşması başa çatan futzalçı, klubu strategiyasını dəyişdiyini elan etdikdən sonra Rusiya təmsilçisinin təklifini dəyərləndirib.
Son xəbərlər
13:47
Bərdədə silah alveri ilə məşğul olan şəxslər saxlanılıb
Hadisə13:42
NHL-in kanadalı rekordçusu vəfat edib
Komanda13:27
Suriya ordusu "SDQ"yə qarşı hərbi əməliyyata başlayıb
Digər ölkələr13:08
Tramp Venesuela müxalifətinin liderinə dəstək vermədiyinin səbəbini şərh etməyib
Digər ölkələr13:06
Ötən il 106 mühafizə orderi verilib
Sosial müdafiə13:05
Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Maliyyə13:05
Ötən il Azərbaycanda 83 kişi zorakılığa məruz qalıb
Sosial müdafiə13:04
"Sabah" serbiyalı legioneri ilə yolları ayırıb
Futbol13:00