Azərbaycan millisinin futbolçusundan sosial şəbəkə etirafı

Azərbaycan millisinin futbolçusundan sosial şəbəkə etirafı Azərbaycan milli komandasının və Almaniyanın Ertsgebirge klubunun futbolçusu Dmitri Nazarov koronavirus pandemiyası dövründə də sosial şəbəkələrdən uzaq olduğunu etiraf edib.
Futbol
25 Aprel , 2020 08:58
Azərbaycan millisinin futbolçusundan sosial şəbəkə etirafı

Azərbaycan milli komandasının və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov koronavirus pandemiyası dövründə də sosial şəbəkələrdən uzaq olduğunu etiraf edib.

"Report"un məlumatına görə, bu barədə 30 yaşlı hücumçu "Bild"ə açıqlama verib. 

Nazarov özünü belə məşğuliyyətə ehtiyac duymayan azsaylı şəxslərdən biri kimi dəyərləndirib: "Vaxtımı heç də həmişə mobil telefonumla əyləncəyə, məlumat yerləşdirməyə və ya başqalarının nə iş görmələrinə sərf etmirəm. Qurdalanmaq mənim işim deyil. Bu baxımdan, bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var".

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. 

Son xəbərlər

Orphus sistemi