Azərbaycan milli komandası FIFA-nın yeni reytinq siyahısında 3 pillə geriləyib

Futbol
  • 20 sentyabr, 2018
  • 08:14
Azərbaycan milli komandası FIFA-nın yeni reytinq siyahısında 3 pillə geriləyib

Bakı. 20 sentyabr. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 3 pillə geriləyib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1202 xalla 108-ci pillədə qərarlaşıb. 

UEFA Millətlər Liqasında D Liqasının 3-cü qrupundakı rəqiblərdən Kosovo yığması 3 pillə irəliləyərək 1092 xalla 138-ci yerdə qərarlaşıb. Malta 1 pillə irəliləyərək 928 xalla 183-cü yerdədir. Farer adaları isə 2 pilllə geriləyib. Komanda 1261 xalla 92-cidir.

FIFA reytinqində ilk pillənin sahibi dəyişib. Belçika 1 pillə irəliləyərək 1729 xalla siyahıya başçılıq edir. Eyni xala malik dünya çempionu Fransa ikincidir, 1663 xalı olan Braziliya üçüncüdür.

Türkiyə yığmasının reytinqdə mövqeyi dəyişməyib. Qonşu ölkə 1456 xalla 38-cidir. Rusiya isə 3 pillə irəliləyərək 1423 xalla 46-c yerdədir.