Azərbaycan-Macarıstan matçı 1 dəqiqəlik sükutla başlayacaq
Futbol
- 05 iyun, 2019
- 09:00
Azərbaycan millisinin iyunun 8-də Macarıstanla keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
"Report"un məlumatına görə, bu barədə UEFA sabiq prezidenti Lennart Yuhanssonun vəfatı ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, Azərbaycanın U-21 yığmasının iyunun 6-da səfərdə Lixtenşteynlə keçirəcəyi AVRO-2021-in seçmə oyununda da mərhum yad ediləcək.
Sayqı duruşu UEFA Millətlər Liqasının bütün qarşılaşmalarına, bu həftə keçiriləcək AVRO-2020-nin təsnifat matçlarına və 21 yaşadək futbolçular arasında seçmə mərhələ oyunlarında yerinə yetiriləcək.
Qeyd edək ki, Lennart Yuhansson 89 yaşında dünyasını dəyişib.
Son xəbərlər
10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Hadisə10:52
Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb
Digər ölkələr10:41
Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
Komanda10:41
Ağsuda 43 yaşlı qadını öldürüb otlaq sahəyə atmaqda təqsirləndirilən şəxslər həbs edilib
Hadisə10:36
Yaxın Şərq gərginliyi fonunda Azərbaycan nefti maksimum səviyyəyə yüksəlib
Energetika10:28
Foto
Azərbaycan-Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyası yaradılacaq - YENİLƏNİB
Media10:09
Tailand Hörmüz boğazı vasitəsilə neftin təhlükəsiz daşınması üçün İranla danışıqlar aparıb
Digər ölkələr09:54
Azərbaycanda meyvə şirəsi istehsalı 15 %-dən çox azalıb
Sənaye09:49