Azarkeşlər Ronalduya görə "Yuventus"dan təzminat tələb edirlər
Futbol
- 31 iyul, 2019
- 11:15
Cənubi Koreyadan olan bir qrup azarkeş İtaliyanın "Yuventus" klubundan təzminat tələb edirlər.
"Report" BBC-yə istinadən xəbər verir ki, buna səbəb Turin təmsilçisinin ulduz futbolçusu Kriştianu Ronaldunun bu ölkənin K-Liqasında çıxış edən futbolçulardan təşkil olunmuş komandası ilə yoldaşlıq görüşündə meydana çıxmamasıdır.
Fanatlar bunun üçün 50 milyon avro məbləğində təzminat istəyirlər. Daha öncə həmin matçın təşkilatçılarının da klubu eyni səbəbdən məhkəməyə verə biləcəyi bildirilib.
Qeyd edək ki, görüş 3:3 hesabı ilə yekunlaşıb. Qarşılaşmadan sonra Koreya Liqasının rəhbərliyi Ronaldu matçda iştirak etmədiyi üçün azarkeşlərdən üzr istəyib.
Son xəbərlər
22:06
Premyer Liqa klubu "Yuventus"un futbolçusunu icarəyə götürüb
Futbol21:47
Azərbaycan Basketbol Liqasının XI turdan təxirə salınmış matçında "Sabah" "Neftçi"yə qalib gəlib
Komanda21:47
Tramp: Bir ildə ABŞ iqtisadiyyatına sərmayələrin həcmi 18 trln. dollar təşkil edib
Digər ölkələr21:26
Türkiyə MTŞ: Qəzzada baş verənlərlə bağlı məsuliyyəti üzərimizə götürməyə hazırıq
Region21:25
Səfir: Bakı və Sarayevo azad edilmiş ərazilərdəki layihələrdə əməkdaşlıq edə bilərlər
Digər ölkələr21:00
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib
Xarici siyasət20:55
Rubio: Britaniya və Fransa Ukraynaya verilən zəmanətlər çərçivəsində qoşun göndərəcək
Digər ölkələr20:48
Marneulidə toy kortejində qəza baş verib, iki azərbaycanlı həlak olub
Hadisə20:44
Video