ABŞ klubu "Qarabağ"ın sabiq futbolçusunu saxlamaq istəyir

ABŞ klubu "Qarabağ"ın sabiq futbolçusunu saxlamaq istəyir ABŞ-ın Nyu-York Kosmos klubu Qarabağın sabiq futbolçusu Ansi Aqollini saxlamaq niyyətindədir.
Futbol
5 Mart , 2020 08:38
ABŞ klubu Qarabağın sabiq futbolçusunu saxlamaq istəyir

ABŞ-ın "Nyu-York Kosmos" klubu "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini saxlamaq niyyətindədir.

"Report" "Frontrowsoccer" nəşrinə istinadən xəbər verir ki, klub müqaviləsi başa çatan 38 yaşlı müdafiəçi ilə sövdələşməni daha bir mövsüm uzatmaq istəyir.

Baş məşqçi Karlos Mendes bildirib ki, Aqolli ilə mütləq danışıqlar aparacaqlar: "O, ötən il komandanın böyük hissəsi idi, burada məşqdə olması da xoşdur. Səviyyəni qaldırır. Aqolli peşəkardır və belə futbolçunun olması gənc oyunçular üçün vacibdir".

Ansi Aqolli "Nyu-York Kosmos"a daha çox şey verə biləcəyini vurğulayıb: "Peşəkar və intizamlı olsanız, yaxşı məşq edə və özünüzü istənilən səviyyədə saxlaya bilərsiniz. Komandanın bu il hədəflərinə çatması üçün çox şey verə biləcəyimi düşünürəm".

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli Albaniya millisində 73 oyun keçirib. 

Son xəbərlər

Orphus sistemi