"Zirə" braziliyalı futbolçusunu böyük məbləğdə cərimələyəcək
Futbol
- 30 iyun, 2025
- 20:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Zirə"nin futbolçusu Rafael Utziq klub tərəfindən böyük məbləğdə cərimələnəcək.
"Report" xəbər verir ki, bu barədə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la keçirilən yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
Mütəxəssis düşərgədə yer almayan braziliyalı oyunçunu cərimələyəcəklərini söyləyib:
"Bildiyiniz kimi, futbolçunun bir illik müqaviləsi var. Buna baxmayaraq, o, düşərgədə yer almayıb. Utziq transferə çıxarılıb. Lakin o, yenidən heyətə qayıdacağı təqdirdə, cərimələnəcək. Bu barədə futbolçunun özünə məlumat verilib".
Qeyd edək ki, yoldaşlıq oyununda "Qarabağ"la üz-üzə gələn "Zirə" 0:4 hesabı ilə məğlub olub.
Son xəbərlər
11:14
Kəraçidə binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Digər ölkələr
10:59
İsveçrədə silah ixracı qaydalarının sadələşdirilməsinə dair referendum keçirilir
Digər ölkələr
10:41
Çin "Changzheng-6C" raketi vasitəsilə orbitə dörd peyk çıxarıb
Digər ölkələr
10:23
PSJ Meksika millisinin hücumçusu Xulian Kinyonesi transfer etməyi nəzərdən keçirir
Futbol
10:13
İranda son 10 gündə saxta spirtli içki səbəbindən 32 nəfər ölüb
Region
09:56
İran ABŞ-nin Hörmüz boğazında balıqçı qayığına dron hücumu etdiyini bildirib
Region
09:38
Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb
Digər ölkələr
09:16
Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Digər ölkələr
09:05
Azərbaycan Premyer Liqası: XIII turun növbəti görüşləri bu gün keçiriləcək
Futbol