"Zirə" klubunun rəsmisi: "Ani diqqətsizlikdən buraxılan bir səhv texniki məğlubiyyətlə nəticələndi"
Futbol
- 22 may, 2025
- 16:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ani diqqətsizlik ucbatından baş verən səhv "Zirə"nin texniki məğlubiyyət almasına səbəb olub.
Bunu "Report"a açıqlamasında "qartallar"ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə deyib.
Klub rəsmisi AFFA Gənclər Liqasında "Turan Tovuz"la qarşılaşmadan sonra komandaya verilən 0:3 hesablı texniki məğlubiyyətin səbəbindən danışıb:
"Belə bir hal yaşandığı üçün təəssüf hissi keçiririk. Həqiqətən istəməzdik ki, belə olsun. Ani diqqətsizlikdən buraxılan bir səhv texniki məğlubiyyətlə nəticələndi. İnanırıq ki, yenidən belə bir hal yaşanmayacaq".
Qeyd edək ki, AFFA İntizam-Komitəsi adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğunu üçün "Zirə"yə 0:3 hesablı məğlubiyyət verib.
Son xəbərlər
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr