"Zirə" klubu yeni hücumçu ilə müqavilə bağlayıb - RƏSMİ

"Zirə" klubu yeni hücumçu ilə müqavilə bağlayıb - RƏSMİ Bakı. 7 fevral. REPORT.AZ/ “Zirə” klubu Trinidad və Tobaqo yığmasının futbolçusu Jomal Uilyamsla müqavilə bağlayıb. Reportun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub. 
Futbol
7 Fevral , 2018 11:48
Zirə klubu yeni hücumçu ilə müqavilə bağlayıb - RƏSMİ

Bakı. 7 fevral. REPORT.AZ/ “Zirə” klubu Trinidad və Tobaqo yığmasının futbolçusu Jomal Uilyamsla müqavilə bağlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub. 

Uilyams “W Connection” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, forvardla icarə müqaviləsini artırmaq və ya onu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur. 

Yeni transfer "Zirə"də 29 nömrəli forma ilə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi