“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb
Futbol
- 10 yanvar, 2023
- 12:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama görüşündə minimal hesabla qalib gəlib.
“Report” xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Çindia”nı 3:2 hesabı ilə məğlub edib.
Matçın ilk hissəsində komandalar hərəyə iki dəfə fərqləniblər. “Zirə”nin heyətində 15-ci dəqiqədə penaltidən Coşqun Diniyev, 18-ci dəqiqədə isə Toni Qomes fərqlənib. Hamidu Keytanın 75-ci dəqiqədə vurduğu qol həlledici olub.
Qeyd edək ki, yanvarın 18-dək Antalyada hazırlaşacaq “Zirə” ayın 17-də iki sınaq matçı keçirəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv həmin gün “Szeged-Csanad” (Macarıstan) və “Radniçki” (Serbiya) ilə üz-üzə gələcək.
Son xəbərlər
22:53
Kolumbiyada 25 nəfər supermarketdə girov götürülüb
Digər ölkələr
22:44
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Hərbi
22:39
Polşa və Britaniya CAMM-MR raketinin hazırlığına dair saziş imzalayıb
Digər ölkələr
22:32
ABŞ-də quş qripindən ölüm faktı qeydə alınıb
Digər ölkələr
22:20
Balakəndə 66 yaşlı kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir
Hadisə
22:18
Türkiyədə helikopter qəzası nəticəsində 5 hərbçi həlak olub - Yenilənib
Region
21:59
Almaniya "Patriot" üçün 4 milyard avroya yüzlərlə raket almaq niyyətindədir
Digər ölkələr
21:58
ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb
Digər ölkələr
21:50
ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək
Futbol