Azərbaycan vitse-çempionu futbolçusunu Portuqaliya klubuna satıb

Azərbaycan vitse-çempionu futbolçusunu Portuqaliya klubuna satıb Nelson Bonilyanın yeni komandası müəyyənləşib
Futbol
16 İyun , 2016 14:56
Azərbaycan vitse-çempionu futbolçusunu Portuqaliya klubuna satıb

Bakı. 16 iyun. REPORT.AZ/ "Zirə" futbol komandasından ayrılan Nelson Bonilyanın yeni klubu müəyyənləşib. "Report"un Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, salvadorlu hücumçu Portuqaliya "Nasyonal"ına satılıb. 

Artıq tərəflər arasında razılaşma əldə olunub və 26 yaşlı forvard tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqaviləyə imza atacaq.

Açıqlamada bildirilir ki, Bonilya ilə ötən il imzalanmış müqaviləyə əsasən, “Zirə” anlaşmanı daha bir il uzatmaq hüququndan istifadə edib. Bu müddətdə hücumçunun transferi ilə bağlı bir neçə klubdan təklif gəlib: "Bonilya bizim üçün də önəmli futbolçudur və təbii ki, bu üzdən, müqavilənin müddəti uzadılmışdı. Ancaq futbol həm də biznesdir. Marketinq baxımından inkişafa nail olmaq, maddi qazanc əldə etmək istənilən peşəkar klubun ən vacib hədəflərindən biridir. Rəsmi müraciətlər arasında Portuqaliyanın “Nasional” klubunun təklifinin klubumuzun siyasəti və hədəfləri baxımından daha uyğun olduğu qərara alındı. Düzdür, digər klubların təklifləri maddi baxımdan daha sərfəli idi, amma həm “Zirə”nin, həm də Azərbaycan futbolunun imici baxımından bu varianta üstünlük verildi. Portuqaliyada Azərbaycan futboluna maraq yaratmaq, yaranacaq əlaqənin gələcək perspektivi baxımından da “Nasional”ın təklifi cəlbedici oldu. Futbolçumuzun Portuqaliya çempionatında çıxış etməsi və orada klubumuzun adının çəkilməsi bizim üçün daha vacibdir".

Qeyd edək ki, Nelson Bonilya 2015-2016 mövsümündə 14 qol vurub və bombardirlər siyahısında ikinci olub. "Zirə" isə Azərbaycan Premyer Liqasını gümüş medalla başa vurub. 

Son xəbərlər

Orphus sistemi