"Zirə"dən götürülmüş koronavirus testinin nəticəsi açıqlandı

Futbol
  • 16 may, 2020
  • 11:15
Zirədən götürülmüş koronavirus testinin nəticəsi açıqlandı

⁣"Zirə” klubunun kollektivindən götürülmüş COVID-19 (koronavirus) testinin nəticəsi açıqlanıb. 

"Report"un klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər, futbolçular, inzibati və tibbi heyətin heç bir üzvündə koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, daha əvvəl "Neftçi" və "Sabah" komandalarından da götürülmüş testin nəticəsi mənfi olub. ⁣⁣