“Zirə” Avropada ən az qol buraxan komandaların sırasına düşüb

“Zirə” Avropada ən az qol buraxan komandaların sırasına düşüb “Zirə” Avropada ən az qol buraxan komandaların sırasına düşüb.
Futbol
20 Oktyabr , 2023 14:17
“Zirə” Avropada ən az qol buraxan komandaların sırasına düşüb

“Zirə” Avropada ən az qol buraxan komandaların sırasına düşüb.

“Report”un məlumatına görə, paytaxt təmsilçisi milli çempionatlarda ən etibarlı müdafiə xətti ilə seçilən 13-cü komandadır.

Rəşad Sadıqovun yetirmələri Azərbaycan Premyer Liqasının geridə qalan 9 turunda cəmi 5 dəfə meydanın mərkəzinə dəvət olunublar. Orta hesabla hər matçda 0,56 qol buraxan “Zirə” bu baxımdan qitənin 13-cü komandasıdır.

Siyahıya Niderland klubu PSV başçılıq edir. Peter Boşun kollektivi Erediviziyada keçirdiyi 8 qarşılaşmada cəmi 2 qola üzülüb ki, bu da orta hesabla hər görüşə 0,25 qol deməkdir.

Türkiyənin iki klubu liderlər sırasında yer alıb. “Fənərbağça” orta hesabla hər oyunda 0,38 qol buraxaraq Avropada 3-cü, “Qalatasaray” isə 0,50 qol göstəricisi ilə 7-ci pilləni bölüşdürürlər. Superliqanın ilk 8 turunda “sarı bülbüllər” 3, “cim-bom” isə 4 qol buraxıb.

Ümumilikdə 50 komandanın yer aldığı cədvələ Azərbaycanın digər təmsilçisi “Qarabağ” da düşüb. Ağdam klubu mövsümün ilk dövrəsində qapısında 6 qol görüb. Qurban Qurbanovun yetirmələri 0,67 qol göstəricisi ilə İspaniya nəhəngi “Real”la 28-ci yeri bölüşdürürlər.

Son xəbərlər

Orphus sistemi