"Zirə" 5 futbolçusu ilə müqaviləni uzadıb

Futbol
  • 11 iyun, 2022
  • 13:38
Zirə 5 futbolçusu ilə müqaviləni uzadıb

"Zirə" klubu 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Qismət Alıyev və İlkin Muradovla 2, Ruslan Abışov və Anar Nəzirovla isə 1 illik yeni sözləşmə imzalanıb.

Bundan əlavə, "Qarabağ"dan icarəyə götürülmüş Hacıağa Hacılının icarə müqaviləsi növbəti mövsümün sonuna qədər artırılıb.

44 filmi