Zaqreb “Dinamo”su daha bir hücumçusunu itirib
Futbol
- 18 yanvar, 2023
- 10:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya klubu “Dinamo” daha bir hücumçusunu itirib.
“Report” xəbər verir ki, aparıcı oyunçulardan sayılan Bruno Petkoviç zədələnib.
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisinin formasını geyinən 29 yaşlı forvard təlim-məşq toplanışında “Bravo” ilə baş tutan yoxlama görüşündə sıradan çıxıb. Komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 28-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalan Petkoviçin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı təxmin edilir.
Qeyd edək ki, “Dinamo” qış fasiləsində əsas hücumçularından olan Mislav Orşiçi İngiltərə klubu “Sauthempton”a satıb.
Son xəbərlər
21:32
Hörmüz boğazından çıxan tanker vurulub
Digər ölkələr
21:23
Foto
Video
Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb
Daxili siyasət
21:11
Dövlət Xidməti: Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub
Sosial müdafiə
21:00
Video
"Haber Global"da müzakirə: Orta dəhliz hazırda bütün dünyaya nəfəs aldıracaq bir sahə açır
Xarici siyasət
20:51
Premyer Liqa: "Sabah" XII turda böyükhesablı qələbə qazanıb
İdman
20:48
Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar
Digər ölkələr
20:27
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Digər ölkələr
20:18
Foto
Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb
İnfrastruktur
19:58
Foto
Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
Daxili siyasət