"Yuventus" Levandovskini transfer etmək üçün danışıqlara başlayıb
Futbol
- 02 may, 2026
- 10:16
İtaliyanın "Yuventus" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Robert Levandovskini heyətinə qatmaq üçün danışıqlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Futbolçunun agenti Pini Zahavi Turin klubunun nümayəndələri ilə görüşüb. Tərəflərin tezliklə razılığa gələcəyi gözlənilir.
"Qoca sinyora" UEFA Çempionlar Liqasına vəsiqə qazansa, 37 yaşlı hücumçu bu komandaya keçməyə hazırdır. O, Kataloniya təmsilçisindən ayrılsa, ilk seçimi məhz "Yuventus" olacaq.
Xatırladaq ki, Robert Levandovskinin "Barselona" ilə müqavilənin müddəti yayda bitir. Son İspaniya çempionu təcrübəli forvarda maaşının əhəmiyyətli dərəcədə azaldılması ilə yeni sözləşmə təklif edib, lakin oyunçu bundan məmnun qalmayıb.
Son xəbərlər
02:30
Foto
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
Daxili siyasət02:18
ABŞ İranla danışıqları davam etdirir
Digər ölkələr01:52
Meksikada hakim partiyanın lideri dəyişib
Digər ölkələr01:21
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
Digər ölkələr00:49
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
Digər ölkələr00:35
İrəvana gedən İspaniya Baş nazirinin təyyarəsi Ankaraya məcburi eniş edib
Region00:10
"Formula 1": Antonelli ardıcıl üçüncü dəfə qalib gəlib
İdman23:24
İran Hörmüzlə bağlı addımları qonşu ölkələrlə əlaqələndirmək niyyətindədir
Region23:08