“Musa Qurbanlı burada qollar vurmağa hazırdır”.
“Report” xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun kapitanı Maqnus Eriksson komanda yoldaşı Musa Qurbanlı barədə danışarkən deyib.
33 yaşlı yarımmüdafiəçi azərbaycanlı hücumçudan çox şey gözlədiklərini bildirib. İsveç millisinin üzvü 21 yaşlı oyunçunun tezliklə yaxşı forma yığacağını düşünür: “Musa son dərəcə iddialıdır, həmişə daha yaxşı olmaq istəyir. Onu ən yaxşı vəziyyətə gətirmək bizim üçün vacibdir. O, yüksəlişəmeyilli futbolçudur. Sadəcə, milli komandanın oyunları zamanı uzaq yol qət etdi, yorğunluq oldu. Artıq bir həftədən çoxdur ki, bizimlədir”.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm “Yurqorden”in heyətində İsveç çempionatında keçirdiyi 7 oyunda 2 qol vurub.