Yuri Syomin istefa verib
Futbol
- 25 sentyabr, 2021
- 11:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın "Rostov" komandasının baş məşqçisi Yuri Syomin istefa verib.
"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qərar klub rəhbərliyi ilə görüşdə qəbul olunub.
74 yaşlı mütəxəssislə əməkdaşlığa uğursuz nəticələrə görə son qoyulub.
Qeyd edək ki, "Rostov" cari mövsümdə ölkə çempionatında keçirdiyi 8 oyunun yalnız 1-də qələbə qazana bilib. 4 qarşılaşmada uduzub, 3 dəfə heç-heçə edən komanda hazırda 6 xalla 16 klub arasında 15-cidir. Syomin bu ilin avqustunda "Rostov"un sükanı arxasına keçmişdi.
Təcrübəli mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ" klubuna da başçılıq edib.
Son xəbərlər
17:01
İordaniyada fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib
Digər ölkələr
17:00
Azərbaycandakı sığorta şirkətlərinin xalis mənfəətinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
16:52
Dünyanın ən qədim fortepiano istehsalçısı müflisliklə bağlı müraciət edib
Digər ölkələr
16:43
Azərbaycan tikinti qumu istehsalını 25 %-dən çox artırıb
Sənaye
16:29
Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb - Yenilənib-3
Digər ölkələr
16:17
Azərbaycan duz istehsalını 14 %-dən çox artırıb
Sənaye
16:03
Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir
Futbol
16:00
Azərbaycandakı sığorta şirkətlərinin ödənilmiş mənfəət vergisinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
15:49
İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir
Futbol