Yurgen Klopp: "Messi "Liverpul"da olmayacaq"

Yurgen Klopp: "Messi "Liverpul"da olmayacaq" İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İngiltərə Super Kuboku ərəfəsində "Arsenal"la matçdan əvvəl İspaniya "Barselona"sının futbolçusu Lionel Messinin mümkün transferi ilə bağlı suala cavab verib .
Futbol
784
28 Avqust , 2020 18:04
Yurgen Klopp: Messi Liverpulda olmayacaq
Lionel Messi

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İspaniya "Barselona"sının futbolçusu Lionel Messinin mümkün transferi ilə bağlı sualı cavablandırıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə 53 yaşlı mütəxəssis İngiltərə Super Kubokunda "Arsenal"la keçirəcəkləri matçdan əvvəl açıqlama verib. 

"Hər bir baş məşqçi argentinalı hücumçunu komandasında görmək istərdi. Lakin o, "Liverpul"da olmayacaq. Çünki klub bu qədər başgicəlləndirici kompensasiyanı ödəməyə hazır deyil", - Y.Klopp bildirib.

Qeyd edək ki, İngiltərə Super Kuboku uğrunda matç avqustun 29-da Bakı vaxtı ilə 19:30-da başlayacaq. "Barselona" Lionel Messini almaq istəyən klublar üçün 700 milyon avro kompensasiya müəyyənləşdirib.

Orphus sistemi