Yüksək Liqa: "Murov" çempionluğa, "Neftçi" bürünc medallara bir qədər də yaxınlaşıb

Yüksək Liqa: "Murov" çempionluğa, "Neftçi" bürünc medallara bir qədər də yaxınlaşıb Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında final mərhələsinin növbəti oyunları keçirilib.
Futbol
13 Aprel , 2023 21:51
Yüksək Liqa: Murov çempionluğa, Neftçi bürünc medallara bir qədər də yaxınlaşıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında final mərhələsinin növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, Voleybol Mərkəzində baş tutan matçlarda “Murov” və “Xarı bülbül” çempionluq, MOİK və “Neftçi” isə üçüncülük yolunda bir daha meydana çıxıblar.

Günün ilk qarşılaşması “Murov” və “Xarı bülbül” klubları arasında olub. Cütün ilk matçında 3:1 hesablı qələbə qazanan “Murov” bu oyunda da rəqibindən üstün olub - 3:0 (25:18, 25:18, 25:16).

Daha sonra meydana MOİK və “Neftçi” komandaları çıxıblar. Cütün ilk görüşündə quru hesabla qalib gələn “Neftçi” bu dəfə daha ciddi müqavimətlə rastlaşıb. Bununla belə, rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edən paytaxt klubu bürünc medala bir qədər də yaxınlaşıb.

Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən, komandalar üç qələbəyədək mübarizə aparırlar.

Son xəbərlər

Orphus sistemi