Yığmada ilk rəsmi oyununu Azərbaycana qarşı keçirən alman qapıçı "Real"ın maraq dairəsinə düşüb

Yığmada ilk rəsmi oyununu Azərbaycana qarşı keçirən alman qapıçı "Real"ın maraq dairəsinə düşüb Madrid klubu yay transfer pəncərəsi dövründə Bernd Leno ilə güclənməyi planlaşdırır
Futbol
31 Mart , 2017 07:54
Yığmada ilk rəsmi oyununu Azərbaycana qarşı keçirən alman qapıçı Realın maraq dairəsinə düşüb

Bakı. 31 mart. REPORT.AZ/ Almaniyanın "Bayer" klubunun qapıçısı Bernd Lenonun yay transfer pəncərəsi dövründə əldə olunması "Real"ın (İspaniya, Madrid) prioritet vəzifələrindən biridir.

"Report" "Kicker" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu hazırda qolkiper mövqeyini onunla yanaşı "Mançester Yunayted"dən David De Xea və "Milan"dan Canluici Donnarumma hesabına möhkəmləndirməyi nəzərdən keçirir.

Bununla belə, alman qapıçını digərlərindən transfer qiymətinin münasib olması fərqləndirir. Onun transfer dəyəri ilkin olaraq 20 milyon avro məbləğində qiymətləndirilir.

İyirmi beş yaşlı Leno hazırkı mövsümdə Bundesliqada 25 matç keçirib, martın 26-da isə DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanı məğlub edən (4:1) Almaniya yığmasında ilk rəsmi oyununu keçirib.

Son xəbərlər

Orphus sistemi