Xosep Qvardiolanın anası koronavirusdan öldü

Futbol
  • 06 aprel, 2020
  • 14:23
Xosep Qvardiolanın anası koronavirusdan öldü
Xosep Qvardiola

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası Dolors Sala Karrio dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə "şəhərlilər"in rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 82 yaşlı qadının ölümünə səbəb koronavirus infeksiyası olub.

O, İspaniyanın Barselona şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

44 - Tezliklə