Xəyal Nəcəfov: "Neftçi"yə mümkün qayıdışımı klubla danışacağıq"

Xəyal Nəcəfov: "Neftçi"yə mümkün qayıdışımı klubla danışacağıq" "Hələlik heç nə deyə bilməyəcəyəm"
Futbol
29 May , 2023 12:22
Xəyal Nəcəfov: Neftçiyə mümkün qayıdışımı klubla danışacağıq

"Bu məsələni oturub klubla danışacağıq. Hələlik heç nə deyə bilməyəcəyəm".

Bunu "Report"a açıqlamasında "Turan Tovuz"un futbolçusu Xəyal Nəcəfov müqavilə ilə məxsus olduğu "Neftçi"yə mümkün qayıdışı ilə bağlı danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi Tovuz təmsilçisinin cari mövsüm istəyinə nail olduğunu bildirib: "Çempionatı 6-cı sırada başa vurduq, Azərbaycan Kubokunda isə yarımfinaladək irəlilədik. Bunu isə hələlik yaxşı nəticə hesab etmək olar".

Nəcəfov öz çıxışı barədə də danışıb: "Daha yaxşısını edə bilərdim. Hər şey özümdən asılıdır. Ümidləri doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağam. Qarşıdakı mövsüm yeni Xəyal Nəcəfov görəcəksiniz".

Qeyd edək ki, yarımmüdafiəçinin paytaxt təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir. O, başa çatan mövsümdə icarə əsasında Tovuz klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi