Xaqani Məmmədov: "Barselona" - PSJ matçındakı penaltilərə görə hamı başını tutdu"

Xaqani Məmmədov: "Barselona" - PSJ matçındakı penaltilərə görə hamı başını tutdu" AFFA nümayəndələri UEFA seminarında iştirak edib
Futbol
363
13 Mart , 2017 12:16
Xaqani Məmmədov: Barselona - PSJ matçındakı penaltilərə görə hamı başını tutdu

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Litvanın paytaxtı Vilnüsdə UEFA-ya üzv olan ölkələrin Hakimlər Komitəsinin sədrləri, təlimatçılar və fiziki hazırlıq üzrə məşqçilər üçün keçirilmiş seminarda iştirak edib. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

X.Məmmədov bildirib ki, UEFA-nın təşkilatçılığı ilə baş tutan tədbirdə onun özü ilə yanaşı, AFFA-dan təlimatçı Yaşar Abbasov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev iştirak edib. Komitə sədri seminarda qitə futbol qurumunun 2017/2018 futbol mövsümündə tətbiq edəcəyi yenilikləri müzakirə olunduğunu söyləyib: "Futbol qaydalarında bəzi dəyişikliklər nəzərdə tutulub. Yenilikləri iyunda yerli federasiyalara göndərəcəklər. Həmçinin, bir sıra metodiki videoçarxlara, bir sıra mübahisəli epizodlara baxdıq. Elə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutan "Barselona" - PSJ görüşünü də orada izlədik. Meydan sahiblərinin 6:1 hesabı ilə qalib gəldiyi matçda baş hakimin qərarlarını müzakirə etdik. Almaniyalı referi Deniz Aytekinin qonaqların qapısına təyin etdiyi penaltilər yanlış qərarlar idi. Orada epizodları izləyən 50 hakim-inspektor var idi, 50-si də başını tutdu".

Qeyd edək ki, analoji seminar 2007-ci ildən keçirilir.

Son xəbərlər

Orphus sistemi