Burak Yılmazdan hərbi mesaj: "Bir ölüb, min dirilərik"

Burak Yılmazdan hərbi mesaj: "Bir ölüb, min dirilərik" Oyunla bağlı danışmaq istəmirəm. Bu gün olduqca kədərliyik. Türkiyə çempionatında çıxış edən futbolçularla telefon əlaqəsi saxlamışıq. Hamı üzgündür. Xain hücum nəticəsində əsgərlərimiz şəhid oldu. Ürəyimiz yanır.
Futbol
29 Fevral , 2020 10:42
Burak Yılmazdan hərbi mesaj: Bir ölüb, min dirilərik

"Oyunla bağlı danışmaq istəmirəm. Bu gün olduqca kədərliyik. Türkiyə çempionatında çıxış edən futbolçularla telefon əlaqəsi saxlamışıq. Hamı üzgündür. Xain hücum nəticəsində əsgərlərimiz şəhid oldu. Ürəyimiz yanır".

"Report" "Haberturk"a istinadən xəbər verir ki, bu sözləri "Beşiktaş" klubunun futbolçusu Burak Yılmaz Suriyanın İdlib əyalətində rejim qüvvələrinin türk ordusunun bölmələrinə aviazərbələri nəticəsində şəhid olan əsgərlər barədə Türkiyə Super Liqasının XXIV turunun "Alanyaspor"la səfər oyunundan sonra danışarkən deyib.

35 yaşlı hücumçu dövlətə və şəhid ailələrinə istər maddi, istərsə də mənəvi yardıma hazır olduqlarını bildirib: "Dövlətimiz nə istəsə, etməyə hazırıq. Həm maddi, həm də mənəvi baxımdan onların yanındayıq. Düşmənlər unutmasınlar ki, ölkəmiz bu cür xainliklərə qarşı daim bir yumruq kimidir. Tribunada "Bir ölüb, min dirilərik" pankartı var idi. Biz hər zaman bütövük".

Dünənki qarşılaşmada "Beşiktaş"ın hər iki qolunu Burak Yılmaz vurub. Təcrübəli forvard 70 və 87-ci dəqiqələrdə fərqlənib. Görüş "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, İdlibdəki hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 34 əsgəri şəhid olub.

Son xəbərlər

Orphus sistemi