Vladimir Petkoviç: "Uels yığması daha çox risk edirdi"

Vladimir Petkoviç: "Uels yığması daha çox risk edirdi" "Hesabı açsaq da, şansımızdan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi".
Futbol
12 İyun , 2021 19:50
Vladimir Petkoviç: Uels yığması daha çox risk edirdi
Vladimir Petkoviç

"Hesabı açsaq da, şansımızdan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi".

"Report"un məlumatına görə, bu fikirləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Bakıda Uels yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis rəqibin çox keyfiyyətli komanda olduğunu bildirib. "Bu matçda qalib gəlmək istəyirdik. Ancaq görüş heç-heçə başa çatdı. Şanslardan istifadə edə bilmədik. Avropa çempionatında zəif rəqib yoxdur. Növbəti matçlarda daha çox xal qazanmağa çalışmalıyıq".

Petkoviç çətin qrupda düşdüklərini sözərinə əlavə edib: "İtaliyaya qarşı növbəti oyunumuzu gözləyirik. Rəqibdən qorxmamalıyıq. Bu, tamamilə fərqli qarşılaşma olacaq".

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi