"Visla"nın baş məşqçisi: "Qarabağ" yüksək səviyyəli komandadır"

"Visla"nın baş məşqçisi: "Qarabağ" yüksək səviyyəli komandadır" "Yüksək səviyyəli komandaya qarşı yaxşı oyun keçirdik".
Futbol
26 Yanvar , 2022 09:00
Vislanın baş məşqçisi: Qarabağ yüksək səviyyəli komandadır
Adrian Qulya

"Yüksək səviyyəli komandaya qarşı yaxşı oyun keçirdik".

"Report" xəbər verir ki, bunu Polşanın "Visla" (Krakov) komandasının baş məşqçisi Adrian Qulya "Qarabağ"la qolsuz heç-heçə etdikləri yoxlama oyunu barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis səviyyə, sürət və intensivlik baxımından belə qarşılaşmanın komandaya lazım olduğunu bildirib: "Topsuz daha çox işləməli olduq. Amma komanda bunu bacardı. Müdafiənin mərkəzində və orta xətdə boşluqları bağlaya bildik. Rəqib cinahlardan imkanlar yaratdı. Biz əks-hücumlardan istifadə edə bilmədik. Təəssüf ki, penaltini də boşa verdik. Amma bu matç komandanın düzgün istiqamətdə getdiyini göstərir".

Qulya qarşılaşmanın 90 dəqiqədən çox çəkdiyini xatırladıb: "Buna rəqibin baş məşqçisi ilə birlikdə qərar verdik. Bu, yaxşı qərar idi. Çünki oyunçuları yetəri qədər görmək şansımız oldu".

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi