"Bilirsiniz, mən hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm. Bugünkü reallıqda yerli baş məşqçi olmalıdır".
Bunu "Report"a müsahibəsində Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü və Gəncə futbolunun kuratoru İsgəndər Cavadov Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin uzadılması barədə danışarkən deyib.
Veteran hücumçu bildirib ki, yerli mütəxəssislərdən heç biri ortaya çıxıb yığmanın sükanı arxasına keçmək istədiyini söyləmir: "Görünür, sözdə deyirlər. Klublarda çalışan baş məşqçilər o səviyyədə deyillər. Amma Qurban Qurbanov millidə işləyə bilər".
O, milli komandanın baş məşqçi postuna öz namizədlərini də açıqlayıb: "1-2 nəfər də var. Məsələn, Tərlan Əhmədov və Arif Əsədov işləyə bilər. Ümumiyyətlə, bugünkü futbolçularla işləmək çox çətindir. İstəyir "Qarabağ"dakı yerlilər gəlsin, milli komandada nəticə qazana bilmirik. Ona görə də yerli mütəxəssis olmalıdır".
İsgəndər Cavadovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.