Veteran futbolçu Azərbaycan Premyer Liqasının yekunu ilə bağlı proqnozunu açıqlayıb

Veteran futbolçu Azərbaycan Premyer Liqasının yekunu ilə bağlı proqnozunu açıqlayıb Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Premyer Liqanın yekunu ilə bağlı proqnozunu açıqlayıb.
Futbol
25 Yanvar , 2023 17:38
Veteran futbolçu Azərbaycan Premyer Liqasının yekunu ilə bağlı proqnozunu açıqlayıb

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Premyer Liqanın yekunu ilə bağlı proqnozunu açıqlayıb.

44 yaşlı menecer “Report”a müsahibəsində mövsümün sonunda ilk “dördlük”dəki komandaların necə sıralanacağını bildirib.

Onun fikrincə, hazırda turnir cədvəlinə başçılıq edən “Qarabağ” bu mövsüm növbəti çempionluğunu qazanacaq. Sultanov əsas sual doğuran məqam olan 4-cü yerə favoritini də deyib: “İnanmıram ki, tək Kadi Borgesin gedişinə görə “Qarabağ” çempionluğu əldən versin. “Neftçi” istədiyi oyunçuları alsa, nəinki üçüncü yerdəki mövqeyini qoruyacaq, hətta ikinci pilləyə də iddia edəcək. Dördüncü yerə ən real şans isə “Zirə”dədir. Çünki “Qəbələ” maliyyə durumuna görə heyətini gücləndirə bilmir. Fikrimcə, mövsümün sonunda “Qarabağ” 1-ci, “Sabah” 2-ci, “Neftçi” 3-cü, “Zirə” isə 4-cü yeri tutacaq”.

Ceyhun Sultanovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi