“Vest Hem” Azərbaycanda çempion olmuş futbolçu ilə müqavilə imzalayıb

Futbol
  • 22 noyabr, 2016
  • 01:57
“Vest Hem” Azərbaycanda çempion olmuş futbolçu ilə müqavilə imzalayıb

Bakı. 22 noyabr. REPORT.AZ/ İngiltərənin “Vest Hem” klubu Portuqaliyanın futbol üzrə gənclər yığmasının 16 yaşlı yarımmüdafiəçisi Dominquş Kina ilə müqavilə imzalayıb.

“Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub.

Kina 2016-cı ildə Portuqaliya milli komandasının heyətində Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub və turnirdə 2 qol vurub.

44 filmi