Useyn Boltun müqavilə bağladığı futbol klubu müəyyənləşib
Futbol
- 27 fevral, 2018
- 06:36
Bakı. 27 fevral. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sundaunz" futbol klubu ilə müqavilə bağlayıb.
“Report” xəbər verir ki, bununla bağlı klubun “Twitter” səhifəsində paylaşım edilib. Afrikalılar 32 yaşlı yamaykalı sprinterin şəklinə “Futbol əvvəlki kimi olmayacaq” yazıblar. Həmçinin sözləşmə barədə bu gün rəsmi açıqlama veriləcəyi qeyd olunub.
Qeyd edək ki, 2017-ci il dünya çempionatından sonra karyerasını başa vuran Useyn Bolt ötən ay ortaq sponsor şirkətinin təşəbbüsü ilə CAR Premyer Liqasının lideri olan "Mamelodi Sundaunz"la məşq edib. Bu klubun heyətində qış fasiləsində "Qarabağ"a transferi gündəmdə olan zambiyalı hücumçu Xama Billiat da yer alıb.
Son xəbərlər
16:18
Körpələr üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib
Sağlamlıq16:09
Türkdilli ölkələr arasında şahmat yarışının təşkilatçılığı yüksək qiymətləndirilib
Fərdi16:05
Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri açıqlanıb
İKT16:02
Çexiyada yeni hökumətin tərkibi təsdiqlənib
Digər ölkələr16:01
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin seçimi davam edir
Region16:00
"Bakı Fond Birjası"nda ticarət olunan qiymətli kağızların sayı açıqlanıb
Maliyyə15:57
Foto
"Sədərək" gömrük postunun yaxınlığındakı TIR parkında yenidənqurma işləri aparılıb
İnfrastruktur15:55
Premyer Liqanın XV turunda "İmişli" "Karvan-Yevlax"la heç-heçəyə razılaşıb
Futbol15:52