Ukrayna millisinin yarımmüdafiəçisi karyerasını İtaliya klubunda davam etdirə bilər

Futbol
  • 01 iyul, 2024
  • 11:02
Ukrayna millisinin yarımmüdafiəçisi karyerasını İtaliya klubunda davam etdirə bilər

Kiyev "Dinamo"sunun və Ukrayna millisinin yarımmüdafiəçisi Nikolay Şaparenko karyerasını İtaliyanın "Latsio" klubunda davam etdirə bilər.

"Report" "Calcio Mercato"ya istinadən xəbər verir ki, Roma təmsilçisi futbolçunun AVRO-2024-dəki çıxışını izləyib və bu keçid üçün 10 milyon avro ödəməyə hazırdı.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Dinamo"nun heyətində 26 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə verib.

Son xəbərlər

Bütün Xəbər Lenti