Ukrayna millisi ev oyunlarını Polşada keçirəcək
Futbol
- 26 fevral, 2022
- 08:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Ukrayna millisi ev oyunlarını Polşada keçirəcək.
"Report"un məlumatına görə, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün tviter səhifəsində paylaşım edib.
Funksioner bildirib ki, artıq bununla bağlı Ukrayna Futbol Assosiasiyasındakı həmkarı Andrey Pavelko ilə danışıq olub: "Mən öz adımızdan ehtiyac olarsa, Ukrayna yığmasının ev oyunlarını qəbul edə biləcəyimizi söylədim. Qarşı tərəf təklifimizi qəbul etdi".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə görə ölkədə hərbi vəziyyət tətbiq edib. Bu səbəbdən, UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb.
Son xəbərlər
01:02
NHK: 1,2 milyondan çox istifadəçinin məlumatları sızdırılıb
Digər ölkələr
00:41
SEPAH: Daha bir neft tankeri Hörmüz boğazında minaya düşərək yanıb
Region
00:10
Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərinin transformasiyasını müzakirə edəcək
Region
23:56
Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib
Digər ölkələr
23:43
Suraxanı və Sabunçunun bir sıra ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur
23:36
Paşinyan: Ermənistanda Rusiyanın hərbi bazasına ehtiyac görmürük
Region
23:19
Foto
Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır
Maliyyə
22:46
İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Siti" ilə heç-heçə edib
Futbol
22:39
Antonelli "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi olub
Formula 1