UEFA Azərbaycan yığmasının rəqibinə kəsdiyi cəzanı yüngülləşdirib
Futbol
- 27 sentyabr, 2019
- 06:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Apellyasiya Komitəsi Slovakiya millisinə qarşı cəzanı yüngülləşdirib.
"Report"un məlumatına görə, bu ölkənin oktyabrın 10-da Uelslə ev oyununun azarkeşsiz keçirilməsinə dair qərar ləğv olunub. Üstəlik, Slovakiya Futbol İttifaqına kəsilmiş cərimə 20 min avrodan 15 min avroya endirilib.
Cəzaya sentyabrın 9-da Macarıstanla səfərdə keçirilmiş AVRO-2020-nin seçmə oyunu zamanı slovakiyalı azarkeşlərin siyasi təxribat xarakterli mesajları səbəb olub. Həmin görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, daha əvvəl Slovakiya ilə görüşdə azarkeşlərinin irqçi davranışları üzündən Macarıstanın oktyabrın 10-da Azərbaycan yığması ilə ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib.
Son xəbərlər
01:21
Cey Di Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu bildirib
Digər ölkələr
01:16
İranın Qeşm adasında partlayış səsləri eşidilib
Region
00:42
Xameneinin yeri təhlükəsizliklə bağlı gizli saxlanılır
Region
00:30
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
00:19
Fransada məhbusların sayı rekord həddə — 90,9 min nəfərə çatıb
Digər ölkələr
00:00
"Reuters": Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər
Digər ölkələr
23:34
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Region
23:30
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
Region
23:22
Əraqçi: Hörmüz boğazı açılandan sonra nüvə danışıqları mümkündür
Region