UEFA prezidenti: "Çempionlar Liqasında bəzi yeniliklər etmək istəyirik"

UEFA prezidenti: "Çempionlar Liqasında bəzi yeniliklər etmək istəyirik" 2021-ci ildə Türkiyənin İstanbul şəhərində oynanılacaq Çempionlar Liqasının final matçı azarkeşlərin iştirakı ilə keçirilə bilər.
Futbol
28 Dekabr , 2020 17:35
UEFA prezidenti: Çempionlar Liqasında bəzi yeniliklər etmək istəyirik
Aleksander Çeferin

2021-ci ildə Türkiyənin İstanbul şəhərində oynanılacaq Çempionlar Liqasının final matçı azarkeşlərin iştirakı ilə keçirilə bilər.

"Report"un məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin "24.ur" saytına müsahibəsində deyib.

Sloveniyalı funksioner bütün hazırlıqların bu plana uyğun görüləcəyini bildirib: "2020-ci il çox çətin keçdi. Buna baxmayaraq, bu il 1200-dən çox futbol matçı problemsiz baş tutdu. Ümid edirəm ki, 2021-ci il daha yaxşı olacaq və İstanbuldakı finala azarkeşlər stadionda canlı baxa biləcəklər".

Çeferin 2024-cü ilədək Çempionlar Liqasında format dəyişikliyinin olmayacağını vurğulayıb: "Həftəsonları oynamağı düşünmürük. Çünki yerli çempionatların dəyərini qorumaq istəyirik. Amma bəzi yeniliklər üzərində müzakirə aparırıq. Hər şeyi özündə birləşdirən maraqlı sistem olmalıdır".

Avropa Super Liqasının yaradılması ideyasını növbəti dəfə tənqid edən UEFA prezidenti bunun yolverilməz olduğunu söyləyib: "Bu layihə uzun müddətdi İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peresin xəyallarını bəzəyir. Amma "Barselona"da prezidentliyə 2 namizəd, Almaniya "Bavariya"sının rəhbərliyi və bəzi İngiltərə klubları buna qarşı çıxırlar".

Son xəbərlər

Orphus sistemi