UEFA prezidenti: "Azərbaycan və Ermənistanla bağlı qərarın dəyişdirilmə vaxtı hələ çatmayıb"

UEFA prezidenti: "Azərbaycan və Ermənistanla bağlı qərarın dəyişdirilmə vaxtı hələ çatmayıb" UEFA prezidenti Aleksander Çeferin siyasi məsələlərə görə bəzi ölkələrin yığma və klublarının rəhbərlik etdiyi qurumun bayrağı altında təşkil edilən yarışlarda eyni qrupda yer ala bilməmələrinə münasibət bildirib.
Futbol
10 Oktyabr , 2019 10:16
UEFA prezidenti: Azərbaycan və Ermənistanla bağlı qərarın dəyişdirilmə vaxtı hələ çatmayıb
JURE MAKOVEC / AFP

UEFA prezidenti Aleksander Çeferin siyasi məsələlərə görə bəzi ölkələrin yığma və klublarının rəhbərlik etdiyi qurumun bayrağı altında təşkil edilən yarışlarda eyni qrupda yer ala bilməmələrinə münasibət bildirib.

“Report” xəbər verir ki, 52 yaşlı sloveniyalı funksioner “RİA Novosti”yə müsahibəsində bu baxımdan Azərbaycan və Ermənistanı da misal çəkib. 

"Təhlükəsizlik bizim üçün əsas amillərdən biridir" deyən Çeferin turnirlər barədə hər hansı qərar verərkən, hər zaman təhlükəsizliyi nəzərə aldıqlarını bildirib: "Biz Serbiya ilə Kosovanı, Azərbaycan və Ermənistanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq eyni qrupa düşə bilməz. Təhlükəsizliklə bağlı suallarımız olduqda, problemlərin yarandığını görəndə, milli federasiyalardan müvafiq təkliflər aldıqda, qabaqlayıcı tədbirlər görürük”.

A.Çeferin zamanla vəziyyətin dəyişəcəyinə inamını ifadə edib: “Bizim üçün təhlükəsizlik prinsipial əhəmiyyət kəsb edir, özümüzü siyasi məsələlərə qoşmuruq. Bu qərarı UEFA qəbul edib və hələ bunu dəyişdirməyin vaxtı çatmayıb. Tarixdə bir çox fərqli vəziyyətlər olub, ancaq zaman keçdikcə dəyişir. Rusiya və Ukrayna ilə bağlı vəziyyət də dəyişəcək. Bunun baş verməməsi üçün səbəb görmürəm. Futbol sürprizlərlə doludur, təsəvvür edin, hər iki komanda AVRO-2020-də yarımfinala və ya finala çıxır. Onda onlar mütləq Londonda öz aralarında oynayacaqlar”.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan - Ermənistan, Cəbəllütariq - İspaniya, Kosovo - Bosniya və Herseqovina, Kosovo – Serbiya, eləcə də Ukrayna - Rusiya cütləri eyni qrupda yer ala bilməz. Həmçinin sərt qış iqliminə görə 10 ölkədən maksimum 2-si eyni qrupa düşə bilər. Bunlar Belarus, Estoniya, Farer adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Rusiya və Ukraynadır.

Son xəbərlər

Orphus sistemi