UEFA prezidenti AVRO-2024-ün favoritlərini açıqlayıb
Futbol
- 11 iyun, 2024
- 09:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA prezidenti Aleksander Çeferin Almaniyada keçiriləcək Avropa çempionatında meydan sahiblərini əsas favoritlərdən biri hesab edib.
"Report" xəbər verir ki, funksioner bu barədə DPA agentliyinə açıqlamasında bildirib.
O, Bundestimin son illərdə olduqca pis çıxış etdiyini vurğulayıb: "Lakin yaxşı komandaları var. Fransa yığması ilə yoldaşlıq matçından sonra isə tamam başqa münasibət gördüm. Mən həmişə deyirəm: İspaniyanı heç vaxt zəif qəbul etməyin. Xorvatiya, Belçika, Niderland, ola bilsin, Danimarka da var. Fikrimcə, Almaniya, Fransa, İngiltərə və Portuqaliya favoritdirlər".
Qeyd edək ki, AVRO-2024 14 iyun - 14 iyul aralığında gerçəkləşəcək.
Son xəbərlər
11:34
Foto
Sadır Japarov TÜRKPA-ya üzv dövlətlərin parlament sədrlərini qəbul edib
Milli Məclis
11:33
Dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfrans keçiriləcək
Maliyyə
11:30
"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür"
Komanda
11:29
Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumların məqsədi açıqlanıb
İKT
11:29
Azərbaycanda yanvar-sentyabrda 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib
Sağlamlıq
11:27
Foto
Zəngilanda indiyə qədər 215 milyon kVts "yaşıl enerji" istehsal edilib
Energetika
11:23
AMB risk əsaslı nəzarəti maliyyə sektorunun digər seqmentlərinə də tətbiq edəcək
Maliyyə
11:18
ARDNF 9 ayda "Şahdəniz"in işlənməsindən 565 milyon manata yaxın gəlir əldə edib
Energetika
11:17
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə