İsveçrənin Montrö şəhərindəki UEFA Konqresində İcraiyyə Komitəsi (İK) üzvlüyünə seçkilər keçirilib.
"Report"un məlumatına görə, Türkiyə Futbol Federasiyasının I vitse-prezidenti Servet Yardımcı yenidən UEFA İK üzvü seçilib. 55 milli assosiasiyadan 47-si onun lehinə səs verib.
Yardımcıdan əlavə, Zbiqnev Bonek (Polşa), Aleksandr Dükov (Rusiya), Devid Gill (İngiltərə), Qabriele Qravina (İtaliya), Rayner Kox (Almaniya), Karl-Erik Nilsson (İsveç) və Yust Şpeeyə (Niderland) də növbəti müddət üçün etimad göstərilib.
Evelina Kristellin (İtaliya) 4 il, Devid Martin (Şimali İrlandiya) isə 2 il müddətinə vitse-prezident seçilib.
Razvan Burlyanu (Rumıniya), Georgios Kumas (Kipr), Peter Peters (Almaniya), Deyan Saviçeviç (Monteneqro) və qadın üzv kimi Evelina Kristellin (İtaliya) FIFA Şurasında növbəti 4 il müddətinə nümayəndələr kimi seçiliblər.
Qeyd edək ki, Konqresdə AFFA adından icraçı vitse-prezident Elxan Məmmədov səs verib.