UEFA Türkiyə milli komandasına qarşı intizam işi açıb.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, buna səbəb yığma oyunçularının AVRO-2020-nin seçmə mərhələsində Parisdə Fransa ilə görüşdə vurduqları qolu əsgər salamı ilə qeyd etməsidir.
Qərar Türkiyə Futbol Federasiyasına göndərilib və məsələ ilə bağlı mövqe tələb edilib.
Qeyd edək ki, Fransa - Türkiyə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü 30 minədək türk azarkeş izləyib. Yığma üzvləri Albaniyanı 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyununda da qolu əsgər salamı ilə qeyd ediblər.