UEFA dopinqlə bağlı Qazaxıstan klubuna intizam işi açıb

UEFA dopinqlə bağlı Qazaxıstan klubuna intizam işi açıb UEFA antidopinq qaydalarını pozmaqda ittiham olunan Qazaxıstan millisi və "Tobol"un futbolçusu Ruslan Valiullinlə bağlı intizam işi açıb.
Futbol
122
9 Sentyabr , 2021 12:51
UEFA dopinqlə bağlı Qazaxıstan klubuna intizam işi açıb

UEFA antidopinq qaydalarını pozmaqda ittiham olunan Qazaxıstan millisinin və "Tobol"un futbolçusu Ruslan Valiullinlə bağlı intizam işi açıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu artıq məsələ barədə Kostanay təmsilçisini məlumatlandırıb.

Bildirilib ki, qadağan olunmuş maddələrin 27 yaşlı yarımmüdafiəçinin qanına necə keçməsini müəyyənləşdirmək üçün daxili yoxlama aparılır.

Təcrübəli oyunçudan dopinq testi Slovakiyada "Jilina" ilə Konfrans Liqasının III turunun cavab oyunundan sonra götürülüb. Analizin nəticəsi sentyabrın 2-də - futbolçu Qazaxıstan milli komandasının heyətində Finlandiyaya getdiyi vaxt onun şəxsi poçtuna göndərilib.

Qeyd edək ki, Ruslan Valiullin sentyabrın 1-də evdə Ukrayna ilə 2:2 hesablı heç-heçə etdikləri matçda meydanda olub. Yarımmüdafiəçi 74 və 90+6-cı dəqiqələrdə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.

Son xəbərlər

Orphus sistemi