UEFA Çempionlar Liqasının favoritləri açıqlanıb

UEFA Çempionlar Liqasının favoritləri açıqlanıb “Oddspedia” statistika şirkəti UEFA Çempionlar Liqasının cari mövsümündə komandaların çempionluq şanslarını açıqlayıb.
Futbol
14 Fevral , 2023 11:54
UEFA Çempionlar Liqasının favoritləri açıqlanıb

“Oddspedia” statistika şirkəti UEFA Çempionlar Liqasının cari mövsümündə komandaların çempionluq şanslarını açıqlayıb.

“Report” xəbər verir ki, adıçəkilən qurum İngiltərə təmsilçisi “Mançester Siti”nin turnirin qalibi olmaq ehtimalını daha yüksək qiymətləndirib.

“Şəhərlilər”in qitənin ən yüksək nüfuzlu turnirinin kubokunu qazanmaq ehtimalı 2,85-ə bərabər göstərilib. İkinci yerdə 7,00 ehtimalla Almaniya klubu “Bavariya” qərarlaşıb. Münhenlilərin 1/8 final mərhələsindəki rəqibi Fransa PSJ-si favoritlərin sıralamasında üçüncüdür.

Komandaların çempionluq şansları:

1. “Mançester Siti” (İngiltərə) – 2,85

2. “Bavariya” (Almaniya) – 7,00

3. PSJ (Fransa) – 9,00

4-5. “Liverpul” (İngiltərə) – 12,00

“Real Madrid” (İspaniya) – 12,00

6. “Napoli” (İtaliya) – 14,00

7. “Çelsi” (İngiltərə) – 19,00

8. “Tottenhem” (İngiltərə) – 21,00

9. “Benfika” (Portuqaliya) – 26,00

10. “İnter” (İtaliya) – 34,00

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün keçiriləcək oyunlarla start veriləcək.

Son xəbərlər

Orphus sistemi