UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulacaq

UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulacaq UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turuna bu gün yekun vurulacaq.
Futbol
23 Yanvar , 2025 09:38
UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulacaq

UEFA Avropa Liqasının Liqa mərhələsində VII tura yekun vurulacaq.

“Report” xəbər verir ki, “Roma” səfərdə AZ-la, “Tottenhem” Almaniyada “Hoffenhaym”la üz-üzə gələcək.

“Mançester Yunayted” doğma meydanda “Reyncers”lə, “Fənərbağça” isə “Lion”la üz-üzə gələcək.

“Qarabağ”ın Liqa mərhələsinin sonuncu - VIII turunda rəqibi olacaq “Olimpiakos” səfərdə “Portu” ilə qarşılaşacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VII tur

23 yanvar

21:45. “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan)

21:45. AZ (Niderland) - “Roma” (İtaliya)

21:45. “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa)

21:45. “Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya)

21:45. “Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika)

21:45. “Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail)

21:45. “Malmö” (İsveç) - “Tvente” (Niderland)

21:45. “Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə)

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Reyncers” (Şotlandiya)

00:00. “Ayntraxt” (Almaniya) - “Ferentsvaroş” (Macarıstan)

00:00. “Latsio” (İtaliya) - “Real Sosyedad” (İspaniya)

00:00. PAOK (Yunanıstan) - “Slaviya” (Çexiya)

00:00. “Yunion” (Belçika) - “Benfika” (Portuqaliya)

00:00. “Ludoqorets” (Bolqarıstan) - “Midtyullan” (Danimarka)

00:00. RFS (Latviya) - “Ayaks” (Niderland)

00:00. “Elfsborq” (İsveç) - “Nitsa” (Fransa)

Qeyd edək ki, yanvarın 31-də UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar avtomatik 1/8 finala vəsiqə qazanacaqlar. 9-24-cü yerləri tutan komandalar isə pley-off oyunları keçirəcək. Onlar 1/8 finala yüksəlmək üçün mübarizə aparacaqlar. Bu mərhələdə ilk matçlar fevralın 13-də, cavab qarşılaşmaları isə 20-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi