Bakı. 4 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Report" xəbər verir ki, qonaqların heyətində Sokratis Papastathopoulos (4-cü dəqiqə), Smith-Rov (53-cü dəqiqə) və Metteo Genduzi (80-ci dəqiqə) fərqləniblər.
E qrupunun digər matçında Ukrayna “Vorskla”sı evdə Portuqaliyanın “Sportinq” kollektivini qonaq edib. Oyun lissabonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb
Bu nəticələrdən sonra “Arsenal” və “Sporinq” 6 xalla liderliyi bölüşürlər. İlk turda da uduzan “Vorskla”la ilə “Qarabağ” 3 və 4-cü pillələrdə qərarlaşıblar.
***22:38
UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmada qonaqlar hesabda növbəti dəfə önə çıxıblar.
"Report" xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində "Arsenal"ın oyunçusu Metteo Genduzi hesab arasındakı fərqi 3:0-a çatdırıb. "Qarabağ" - "Arsenal" - 0:3
***22:08
UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmada qonaqlar ikinci dəfə hesabda irəli çıxıblar.
"Report" xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində "Arsenal"ın oyunçusu Smith-Rov topu "Qarabağ"ın qapısından keçirib: 2:0
***22:00
UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmanın ikinci hissəsi start götürüb.
"Report" xəbər verir ki, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxıblar:
"Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel Madeyra, 11. Mahir Mədətov, 17. Abdulah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Jakub Jezniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Hannes Haldersson, 4. Rahil Məmmədov, 6. Simoen Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj. 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
"Arsenal": 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Denni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Smit Rov
Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20. Şkodran Mustafi, 34. Qranit Caka
Baş məşqçi: Unai Emeri
Qeyd edək ki, oyunun birinci hissəsi qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.
***21:43
UEFA Avropa Liqasının II turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında qarşılaşmanın birinci hissəsi başa çatıb.
"Report" xəbər verir ki, qarşılaşmanı 4-cü dəqiqəsində hesabı "Arsenal” klubunun Sokratis Papastathopoulos açıb: 0:1.
Gərgin keçən birinci hissənin 33 dəqiqəsində "Qarabağ"ın oyunçusu Maksim Medvedev, 43-cü dəqiqədə isə Rob Holdinq sarı vərəqə alıblar. Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirmək şansı əldə etsələr də, buna müvəffəq ola bilməyiblər. Oyunun ilk hissəsi qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.
***21:01
“Qarabağ” avrokuboklarda yubiley oyununa çıxıb. “Report” xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin II turunda İngiltərənin “Arsenal” komandası ilə görüş Ağdam təmsilçisinin avrokuboklarda 100-cü oyunu kimi tarixə düşüb.
Bakı Olimpiya Stadionunda keçirilən matç saat 20:55-da start götürüb.
Qeyd edək ki, “Neftçi” 58, “Keşlə” və “Qəbələ” hərəyə 36 avrokubok oyunu keçirib.
Komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxıblar: