UEFA Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb - VİDEO

UEFA Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb - VİDEO Qolun müəllifi macarıstanlı futbolçudur
Futbol
129
13 İyul , 2016 15:24
UEFA Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb - VİDEO

Bakı. 13 iyul. REPORT.AZ/ UEFA 2016-cı il Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb. "Report"un məlumatına görə, bu, Macarıstan yığmasının futbolçusu Zoltan Geronun Portuqaliya ilə qrup mərhələsində vurduğu qoldur.

3-cü tura təsadüf edən görüşdə Gero cərimə meydançası xaticində topu sinəsi ilə qəbul etdikdən sonra birbaşa tora göndərib. Bununla da hər iki komandanın qol şousu başlanıb. Macarıstan hesabda 3 dəfə önə çıxsa da, Portuqaliya hər dəfə bərabərlik qolunu vurub. Görüşün 3:3 hesablı nəticəsi hər iki komandanı növbəti mərhələyə çıxarıb.

Qeyd edək ki, AVRO-2016-nın qalibi Portuqaliya olub. Macarıstan isə 1/8 finalda Belçikaya 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi