Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb
Futbol
- 20 yanvar, 2020
- 10:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən iki futbolçu kənarlaşdırılıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar "Neftçi"dən Elnur Hüseynov və "Zaqatala" klubundan Vüsal Şabanovdur.
Hər iki qolkiper nizam-intizam qaydalarını pozduqları, daha dəqiqi, siqaret çəkdikləri üçün komandanın heyətindən kənarlaşdırılıblar.
Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.
Son xəbərlər
14:50
Oman sahillərində iki neft tankeri minaya düşərək partlayıb
Digər ölkələr
14:47
Foto
Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Milli Məclis
14:45
Foto
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib
Digər
14:42
Foto
Kəlbəcərdə Şəhər Günü qeyd olunub
Mədəniyyət siyasəti
14:33
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib
Elm və təhsil
14:33
Foto
Slovakiyanın Baş prokuroru Azərbaycana gəlib, əməkdaşlıq proqramı imzalanıb
Xarici siyasət
14:28
UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb
Futbol
14:26
Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının növbəti iclası Nyu-Dehlidə keçiriləcək
Xarici siyasət
14:25
Ukraynada deputatlar mandatlarını itirmədən hərbi xidmət keçə bilər
Region