Türkiyəli mütəxəssis Qətər komandasının baş məşqçisi təyin olunub
Futbol
- 02 yanvar, 2018
- 11:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyəli futbol mütəxəssisi Bülent Uyğun Qətərin "Əl-Qarafa" futbol komandasının baş məşqçisi təyin olunub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, B.Uyğun 2013-2016-cı illərdə də Qətərdə çalışıb. O, "Umm Salal" komandasına rəhbərlik edib. Cari mövsümə Türkiyə təmsilçisi "Osmanlıspor"un sükanı arxasında başlayan mütəxəssis 5-ci turdan sonra istefaya göndərilib. "Əl-Qarafa" Qətər Premyer Liqasının geridə qalan 11 turundan sonra 11 xalla 7-ci pillədə qərarlaşıb.
Son xəbərlər
16:32
Foto
Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb
Ekologiya
16:29
Foto
Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verilib
Elm və təhsil
16:29
Bakının Qızıldaş qəsəbəsində KES tikintisinə torpaq sahəsi ayrılıb
Energetika
16:27
Foto
Azərbaycan Avropa Komissiyası ilə beynəlxalq dəhlizlərə dair əməkdaşlığı müzakirə edib
İnfrastruktur
16:26
Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib
Energetika
16:24
Azərbaycan Premyer Liqası: "Şəfa" "İmişli"ni məğlub edib
Futbol
16:17
Hörmüz boğazından keçən tanker minaya düşüb
Region
16:10
"Real" futbolçusu Braim Diasla müqavilənin müddətini uzadıb
Futbol
16:09
Foto
Azərbaycanın turizm imkanları İstanbulda tanıdılıb
Turizm