Türkiyə mətbuatı İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özilin Azərbaycanda İLİN DÖYÜŞKƏN LEGİONERİ seçilməsindən yazıb.
"Report"un məlumatına görə, "Sporx" nəşri bu barədə
Yazıda bildirilir ki, İAM-ın sədri Elşən Məmmədov məşhur futbolçu haqqında bu fikirləri işlədib: "Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verən Mesut Özil bir türk kimi qardaş ölkənin haqq savaşında yanında olub".
Eyni zamanda yazıda Özilin Vətən müharibəsi dönəmində tvitterdə paylaşım edərək bu sözlərlə Azərbaycana dəstək olduğu xatırladılıb: "Bütün dünya Dağlıq Qarabağ bölgəsinin hüquqi və beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi olduğunu və qanunsuz işğal edildiyinin fərqinə varmalıdır. 2008-ci ilin martında Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütovlüyünü qəbul edib və Erməni silahlı birləşmələrinin ərazidən çıxarılmalı olduğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, əksəriyyətin bölüşdüyü fikri dəstəkləyirəm, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmalar ciddi həyəcanvericidir, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir".
Təcrübəli oyunçu həmin paylaşımında həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini sitat gətirib.
Analoji məzmunlu xəbər
Qeyd edək ki, Mesut Özil səsverməyə qatılan 51 KİV nümayəndəsindən 20-nin səsini toplayaraq, birinci yeri tutub.